Bunu idarə etmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır? - YENİ SUAL

Yarışma 16 Aprel 2018 11:52 Oxunub 5074
Bunu idarə etmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az yol hərəkəti qaydalarına həsr edilmiş yeni sualını təqdim edir.  Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitələrini idarə etmə hüququ ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yedəkçi minik avtomobilinin icazə verilən maksimum kütləsi 2350 kq, qoşqunun icazə verilən maksimum kütləsi 1000 kq olarsa, bu nəqliyyat tərkibini idarə etmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır? 

a) B kateqoriyası ilə idarə etmək olar;

b) Mütləq BE kateqoriyası olmalıdır;

c) Mütləq B və BE kateqoriyaları birlikdə olmalıdır.

QEYD: Xahiş olunur ki, cavabları yalnız sualların altındakı xanada yazasınız.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Suala doğru cavab verib qalib gələn şəxsə "Monza" yağı 50 faiz endirimlə veriləcək. Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "GOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz. Tel: 050-648-83-13

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq – 055 288 11 27.

Avtosfer.az saytı isə sualın qalibinə 5 manatlıq danışıq kartı hədiyyə edəcək. (0703351559).

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əbülfəz H. 21 Aprel 2018 20:31
a B kateqoriyası ilə idarə etmək olar;CAVAB A BƏNDİ. ÇÜNKİ, AVTO QATARIN ÜMUMİ ÇƏKİSİ 3500 KQ ARTIQ DEYİL. BAXMAYARAQ Kİ, QOŞQUNUN ÜMUMİ ÇƏKİSİ 750 KQ-DAN ARTIQDIR.
Emin 17 Aprel 2018 11:35
Mütleq BE kateqoriyası olmalıdır. Ona görə ki, 750 kq artıq olan yükdür
Azer 17 Aprel 2018 00:32
B kateqoriyasi kifayet edir o halda ki, avtomobille qoshqunun cekisi 3500 kg kecmirse. Burda cavab B kateqoriyasidir.
ELVIN 16 Aprel 2018 23:18
Cavab b BE
ELVIN 16 Aprel 2018 23:18
Cavab b BE
ELVIN 16 Aprel 2018 23:17
Cavab b. BE
Elnur 16 Aprel 2018 21:58
Qoshgunun chekisi 750 kg dan chox oldugu uchun B ve E kateqoriyalari olmalidir. Cavab b varianti
Mirze 16 Aprel 2018 19:27
cavab a bendi 750 kq ya qeder surmek olar 750 kq dan coxdursa vesiqede BE olmalıdır
Raqif 16 Aprel 2018 15:14
CAVAB A:B kateqoriya ile idare etmek olar.
Cavid 16 Aprel 2018 14:38
c Mütləq B və BE kateqoriyaları birlikdə olmalıdır.
Emil 16 Aprel 2018 13:31
cvb b
Gulbaba Huseynov 16 Aprel 2018 12:32
salam cvb a