Qəhrəman sürücü infarkt keçirən sərnişini xilas etdi - VİDEO

Avtosfer TV 13 Aprel 2018 01:57 Oxunub 1505
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə anı avtobusun təhlükəsizlik kamerasına düşüb

Samsunun İlkadım bölgəsi İlyasköy məhələsində bir avtobus sürücüsü infakt keçirən sərnişini xəstaxanaya çatdıraraq həyatını xilas edib. Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, ürək xəstəsi olan İsa Keleş (60) Təhsil və Tədqiqat Xəstəxanasına getmək üçün Samsun Böyükşəhər Bələdiyyəsi avtobusuna minib. Daha sonra onun vəziyyəti pisləşməyə başlayıb. Vəziyyətin kritik olduğunu görən avtobus sürücüsü heç bir dayanacaqda durmadan xəstəxanaya sürüb. Xəstə ilk müdaxilədən sonra reanimasiya şöbəsinə qaldırılıb. Onun infarkt keçirdiyi məlum olub.

Hadisə anı avtobusun təhlükəsizlik kamerasına düşüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh