Yevlax-Malay mənzilində dəmir yolu körpüsü istifadəyə verilib - FOTO

Yeniliklər 13 Aprel 2018 09:42 Oxunub 1770
Yevlax-Malay mənzilində dəmir yolu körpüsü istifadəyə verilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşrım korroziyadan təmizlənib və rənglənib

Prezident İlham Əliyevin 31 iyul 2017-ci il tarxli sərəncamına əsasən, Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür cayı üzərində yerləşən metal dəmir yolu körpüsünün rekonsrtuksiyası işləri aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-a verilən məlumata görə, körpünün əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib.

Mərasimdə ADY sədrinin I müavini Əlirza Süleymanov, müavini Zaman Novruzov, Yevlax şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262,77 metrdir. Körpünün aşırımlarının əsas elemetlərində (eninə və uzununa tirlərində) çatlar, qopmalar, metal lövhələrin korroziyadan yeyilməsipərçim bərkidicilərində boşalma, aşırımlarda metal yorğunluğu əmələ gəlmiş, bununla da körpünün aşırımlarının çox hissəsində konstruksiya və elementlər dayanıqlılıq qabiliyyətini itirmişdir. Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşrım korroziyadan təmizlənib və rənglənib. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Körpünün sifarişçisi ADY, podratçı təşkilat isə “Körpübinatikinti” MMCdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh