“Ağıllı” avtomobil nömrələri təcili xidmətləri müstəqil çağıra biləcək

Avtodünya 13 Aprel 2018 18:39 Oxunub 2510
“Ağıllı” avtomobil nömrələri təcili xidmətləri müstəqil çağıra biləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nömrələr polisə və təcili yardım mərkəzinə avtomatik olaraq xəbərdarlıq göndərə biləcəklər

Dünyada nəqliyyat vasitələrinin “ağıllı” avtomobil nömrələri ilə təchiz ediləcəyi ilk ölkə Dubay olacaq. Fövqəladə vəziyyətlərdə bu nömrələr polisə və təcili yardım mərkəzinə avtomatik olaraq xəbərdarlıq göndərə biləcəklər. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Əmirliklərin Yol və Nəqliyyat İdarəsinin məlumatına görə, artıq gələn ay bu pilot layihə “Tag2Connect” (T2C) platforması bazasında buraxılacaq. “Dubai Achievements Exhibtion (DIGAE)” sərgisində təqdim olunan bu sistem hazırda avtomobillərdəki metal nömrələri “ağıllı” nömrələrlə əvəzləyəcək, həmçinin onları “ТС GPS”, ötürücü və çiplə təchiz edəcək. Qeyd olunur ki, “InternetofThings” (IoT) və blokçeyn texnologiyasına əsaslanan T2C platforması real vaxt ərzində birbaşa, fasiləsiz olaraq nəqliyyat vasitələri arasında, həmçinin yol hərəkətinin monitorinq mərkəzi ilə əlaqəni təmin edəcək. Fasiləsiz əlaqə avtomobillərə bir-biri ilə, həmçinin ehtiyac yarandığı halda məlumatları mərkəzi sistemə ötürməklə, hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə saxlamağa kömək edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh