Ata azyaşlı oğluna avtomobil sürdürüb videoya çəkdi - BAKIDA - VIDEO

Yazarlar 13 Aprel 2018 13:14 Oxunub 4589
Ata azyaşlı oğluna avtomobil sürdürüb videoya çəkdi - BAKIDA - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Videoya şərh yazanlar isə “Maşallah”, “Allah saxlasın” yazıblar

Sosial şəbəkədə Saday Qasımzadə adlı istifadəçi video paylaşıb. Videoda 10 CT 039 dövlət nömrə nişanlı, “Tayota Land Cruser” markalı avtomobili azyaşlı uşağa sürmək üçün verirlər. Bu mənzərəni lentə alan şəxs isə (yəqin ki atasıdır) musiqi zümzümə edərək sanki etdiyi hərəkətdən həzz alır. Ən dəhşətlisi isə avtomobilin içərisində iki digər azyaşlı uşaq var. Görünür ki, səhər uşaqlarını məktəbə aparan ata oğlunun “bacarığını” nümayiş etdirir. Hətta oğluna “yavaşca, ay oğul” deyərək məsləhət də verir. 

Videoya şərh yazanlar isə “Maşallah”, “Allah saxlasın” yazıblar. Təkcə tanınmış vəkil Anar Qasımlı “Bu videoya görə inzibati məsuliyyətə cəlb oluna bilərsiniz” deyə xəbərdarlıq edib. 

Videou yayan şəxs isə bunu “like” edib. Görünür, o hansı riski gözə aldığının fəqdində deyil. Boyu avtomobilin sükanına güclə çatan uşağa avtomobil idarə etməyə vermək, həmçinin digər azyaşlıları da avtomobilə mindirmək nə dərəcə doğrudur? Qəza baş verəndən sonra həmin ata oxuduğu mahnı yerinə dizinə döyərək mərsiyyə deyəcək.

Avtosfer.az videonu təqdim edir. 

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh