Minik maşınının vurduğu velosipedçi öldü

Avtoxəbər 13 Aprel 2018 21:16 Oxunub 1098
Minik maşınının vurduğu velosipedçi öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə səbəb velosipedçinin qəfil minik maşınının yoluna çıxması olub

Avtomobil velosipedçini vuraraq öldürüb. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.

Neftçala şəhəri, 6-cı məhəllədə yaşayan 1960-cı il təvəllüdülü Elxan Firudin oğlu Əhmədovun sürdüyü velosiped “Volkswagen Passat“ markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan velosipedçi Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, qəzaya səbəb velosipedçinin qarşısında dayanmış avtobusun arxasından qəfil minik maşınının yoluna çıxması olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh