Çindən daha bir yenilik

Texnologiya 14 Aprel 2018 00:12 Oxunub 1416
Çindən daha bir yenilik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotsuz yük avtomobili sınaqdan keçirilib

Çində yerli istehsal olan və elektrik enerjisi ilə işləyən pilotsuz yük avtomobili sınaqdan keçirilib. Avtosfer.az xəbər verir ki, Tiencin şəhərindəki limanda test edilən yük avtomobili hərəkət, parklama, konteyner daşıma və boşaltma tapşırıqlarını, manevrləri uğurla yerinə yetirib. Avtomobil lazer radarları, yüksək dəqiqlikli (HD) kameralar, kompüuter avadanlığı ilə təchiz olunub. Limanın rəsmisi Cu Liani deyib ki, uğurlu test gələcəkdə bu cür avtomobillərin limanda geniş istifadəsinə imkan yaradır.

Qeyd edək ki, bir saata batareyaları tam dolan avtomobil 120 kilometr məsafə qət edə bilər. Avtomobil gecə, dumanlı, yağışlı və qarlı havada da çətinlik çəkmədən hərəkət edə bilir.

 

Avtosfer.az 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh