Evakuator sürücüsü qaydanı belə pozdu - VİDEO
Avtosfer TV 14 Aprel 2018 22:54 1063 dəfə oxunub
Evakuator sürücüsü qaydanı belə pozdu - VİDEO
İstismara yararsız avtobus qayda pozularaq daşındı

Şəmkirdə evakuator sürücüsü qaydanı kobud şəkildə pozaraq digər sürücülər üçün təhlükə yaradıb. Avtosfer.az  xəbər verir ki, qayda pozuntusunu Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində arxada hərəkətdə olan avtomobilin sürücüsü tərəfindən qeydə alınıb. Görüntülərdən də aydın olur ki, həmin nəqliyyat vasitəsinin sürücüsü evakuatorun yük yerinə istismara yararsız avtobusu qoyaraq daşıyır. Məsələ burasındadır ki, daşınan yük avtomobilin bort hissəsindən nəzərdə tutulan ölçüdən kənara çıxıb.

Görüntülərlə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sürücü belə vəziyyətdə "Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsini, yəni yükdaşıma qaydalarını kobud şəkildə pozub. Nəticədə də həmin yolda olan nəqliyyat vasitələrinin sürücüləri üçün təhlükəli vəziyyət yaranıb."Yol hərəkəti haqqında" qanuna görə, belə sürücünü yol polisi 40 manat miqdarında cərimə edə bilər.

Avtosfer.az  

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh