Dünyanın ən böyük hava limanının istismara verilməsi vaxtı açıqlandı - VİDEO
Maraqlı 15 Aprel 2018 01:50 1602 dəfə oxunub
Dünyanın ən böyük hava limanının istismara verilməsi vaxtı açıqlandı - VİDEO
Yenilikləri diqqət çəkən hava limanı Türkiyənin markası olmağı hədəfləyir

Dünyanın ən böyük tranzit dəhlizlərindən olan İstanbulun beynəlxalq sərnişin və yük daşınmasında yeni bir era başlayır. Avtosfer.az-ın məlumatına görə, memarlıq üslubu, nəhəgliyi və dünyanın heç bir hava limanında olmayan yenilikləri diqqət çəkən hava limanı Türkiyənin markası olmağı hədəfləyir.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan dünyanın öndə gedən mediya qurumlarının təmsilçiləri ilə bərabər 3- cü hava limanını gəzib, inşaatının 80 faizinin bitdiyini açıqlayıb. Hava limanının adı açılacağı gün elan olunacaq. Türkiyə Cumhuriyyətinin 95-ci il dönümündə ilk uçuş həyata keçiriləcək.

Hava limanında gərgin işlər gedir, avqustun 30-na qədər bütün işlər tamamlanacaq və rəsmi işlərin aparılması üçün dövlət hava yollarıına təhvil veriləcək. 29 oktyabrda isə hava limanının açılışı baş tutacaq.

Yeddi giriş qapısı olan hava limanında birinci terminalda başlanğıc və sonu arasındakı məsafə 6 km-dir. Havalimanında son texnologilardan istifadə olunub.

İstanbulda üçüncü hava limanının istismara verilməsindən sonra hazırda fəaliyyət göstərən Atatürk hava limanı köməkçi statusda olacaq və əsasən daxili uçuşlar, habelə rəsmi qonaqların təyyarələrini qəbul etmək üçün istifadə ediləcək.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh