Polis baş leytenantı Salyanda yol qəzasında ölüb

Avtoxəbər 16 Aprel 2018 09:53 Oxunub 1142
Polis baş leytenantı Salyanda yol qəzasında ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ötən gecə Salyan rayonunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Neftçala rayon sakini 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hirran oğlu "Priora" markalı minik avtomobilini idarə edərkən idarəetməni itirib və avtomobil Kürqaraqaşlı kəndində yol kənarındakı dirəyə çırpılıb.

Neftçala Rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı olan R. Niftəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh