Gəncədə avtobus minik avtomobili ilə toqquşub
Gündəm 16 Aprel 2018 11:04 196 dəfə oxunub
Gəncədə avtobus minik avtomobili ilə toqquşub
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobili toqquşub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində baş verib.

Belə ki, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "Hundai" markalı avtobus "Mercedes" markalı avtomobillə toqquşub. Qəzada xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, hadisə sürücülərin işıqforun qaydalarına riayət etməməsi səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh