“Ölkədə havanın temperaturu tədricən yüksələcək”
Gündəm 16 Aprel 2018 11:20 205 dəfə oxunub
“Ölkədə havanın temperaturu tədricən yüksələcək”
Gülşad Məmmədova: “Növbəti günlərdə ölkə ərazisində mülayim şərq küləyi əsəcək”

Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, aprel ayının 17-18-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, lakin aprelin 17-i səhər saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək". 

G.Məmmədova qeyd edib ki, növbəti günlərdə mülayim şərq küləyi əsəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh