Bakıda avtobus sürücüsündən sərnişinlərə sürpriz - FOTO

Xəbərlər 9 Yanvar 2015 12:49 Oxunub 2078
Bakıda avtobus sürücüsündən sərnişinlərə sürpriz - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30 saylı avtobusun sürücüsü səhər saatlarında sərnişinlərə pulsuz xidmət göstərib

Bu gün səhər saatlarında Bakıda bəzi avtobus sürücüləri sərnişinlərə sürpriz hazırlayıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, paytaxtda işləyən 30 saylı avtobusun sürücüsü səhər saatlarında sərnişinlərə pulsuz xidmət göstərib. Sürücü gediş haqqının pulsuz olması bildirən elanı avtobusun bir neçə yerindən asıb. Sürücü bunu Allahın sonuncu elçisi olan Məhəmməd peyğəmbərin (s.ə.s) mövludu münasibətilə etdiyini bildirib. Lakin bu sürücünün şəxsi təşəbbüsü ilə həyata keçirilib. Bu barədə ans-ə “Transkontrol” MMC-nin rəhbəri Arzu Nəcəfov bildirib. “Düzü bu aksiya şirkət tərəfində deyil, sürücünün şəxsi şəxsi təşəbbüsü ilə həyata keçirilib. Düşünürəm ki, xoş aksiyadır”, - deyə Arzu Nəcəfov bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh