FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb
Gündəm 16 Aprel 2018 14:14 270 dəfə oxunub
FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb
Meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

Fidan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh