Bakıda "Lukoyl"a oyuncaq tapança ilə basqın - VİDEO
Gündəm 16 Aprel 2018 14:41 869 dəfə oxunub
Bakıda "Lukoyl"a oyuncaq tapança ilə basqın - VİDEO
Hal-hazırda faktla bağlı araşdırma aparılır

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı “Lukoyl” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib. Avtosfer.az movqe.az-a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar. Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh