Ukraynanın magistral yolun çəkilişinə 3 Azərbaycan şirkəti iddialıdır
Gündəm 16 Aprel 2018 14:43 383 dəfə oxunub
Ukraynanın magistral yolun çəkilişinə 3 Azərbaycan şirkəti iddialıdır
Layihənin dəyəri 100 milyon Avrodan çoxdur

Azərbaycanın 3 şirkəti Ukraynanın Kiyev-Çerniqov-Novıye Yariloviç magistral yolunun çəkilişi üçün elan olunan tenderdə iştirak edir. Avtosfer.az xəbər verir ki, bu barədə azərtac-aUkrdorinvestin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ümumilikdə bu layihədə 50 şirkət iştirak etmək istəyir ki, bunun da əksəriyyəti xarici şirkətlərdir. Layihənin dəyəri 100 milyon Avrodan çoxdur.

Yol çəkilişi ilə bağlı elan olunan tenderdə iştirak etmək istəyən xarici şirkətlərin çoxu Türkiyə və Çindəndir. Bu layihənin tenderinə Türkiyənin 14, Çinin isə 10 şirkəti sənədlər hazırlayır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh