“Toyota”nın keçmiş əməkdaşı üzən elektrik avtomobili hazırlayıb - FOTO

Avtodünya 16 Aprel 2018 20:59 Oxunub 2380
“Toyota”nın keçmiş əməkdaşı üzən elektrik avtomobili hazırlayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil daşqın zamanı sahibinə xilas olmağa kömək edəcək

“Toyota” şirkətinin keçmiş əməkdaşı Xideo Surumaki daşqın zamanı sahibinə xilas olmağa kömək edəcək üzən avtomobil yaradıb. Avtosfer.az xəbər verr ki, “Toyota”dan ayrıldıqdan sonra X.Surumaki iki il ərzində üzə bilən, kiçik “Fomm” elektrik avtomobilinin prototipini yaradıb. İndi o, elektrik avtomobilinin saatda 80-160 kilometrə qədər gedə biləcək dördüncü prototipi üzərində işləyir. Avtomobilin dörd oturacağının hər birinin altında dəyişilə bilən batareyalar yerləşdirilib. Bu yolla mühəndislər suda tarazlıq problemini həll ediblər. Maşın suyadavamlı mühərrikin köməyi ilə suda üzür, xüsusi konstruksiyalı təkərlərin sayəsində isə dönür. X.Surumaki avtomobilin istehsalı ilə bağlı Tailanddakı zavodla razılaşıb. Bu zavod ildə on minə qədər üzən avtomobil istehsal etməyə hazırlaşır.

Bu arada  Yaponiyanın “Toyota” şirkəti dünyanın ən bahalı avtomobil brendləri siyahısında birinci pillənin sahibi olub.Onun dəyəri 50,2 milyard dollar qiymətləndirilir. İkinci pillədə 47,8 milyard dollar  dəyərlə Mercedes-Benz gəlir. İlk üçlüyü 41,5 milyard dollar dəyərlə BMW şirkəti tutur.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh