Pоlisin yubileyinə həsr olunmuş yarış keçirilib - FOTO

Yol polisi 16 Aprel 2018 15:04 Oxunub 1473
Pоlisin yubileyinə həsr olunmuş yarış keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub

Aprelin 14-də Аzərbаycаn Pоlisinin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə DİN çempionatı keçirilib. DİN İdman Cəmiyyətində  keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Əlahiddə Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.

Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan K.Məmmədli (62 kiloqram, DQ), R.Diniyev (66 kiloqram, PA),  F.Mikayılov (73 kiloqram, Gəncə ŞBPİ), A.Fətullayev (81 kiloqram, ƏÇPA), H.Cəbiyev (90 kiloqram, ƏÇPA), K.Abdullaxanlı (100 kiloqram, BMİ) və A.Mehrəliyev (+100 kiloqram, ƏÇPA)  yarışın baş mükafatını qazanaraq çempion olublar. 

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh