Polis bu qadını axtarır – Görənlər 102-yə zəng etsin - FOTO
Gündəm 16 Aprel 2018 15:10 309 dəfə oxunub
Polis bu qadını axtarır – Görənlər 102-yə zəng etsin - FOTO
Yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir:  Boyu 150 sm., arıq bədən quruluşludur, qısa sarı saçı var. Evdən çıxarkən əynində göy cins şalvar, qara gödəkçə və göy rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 8-ci Polis Bölməsinə (012) 437-02-02, (012) 491-02-02,  (050) 210-59-05  şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 http://avtosfer.az/upload/news/146f18.jpg

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh