Ötən həftə ölkədə yol qəzalarında - 12 ölü, 38 yaralı
Gündəm 16 Aprel 2018 15:50 218 dəfə oxunub
Ötən həftə ölkədə yol qəzalarında - 12 ölü, 38 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 151 nəfər saxlanılıb

Ötən həftə ərzində (aprelin 9-15-də) Azərbaycanın daxili işlər orqanları tərəfindən  659 cinayət faktı qeydə alınıb, onların da 95-i “isti izlər”lə açılıb.

Avtosfer.az-ın məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 47 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 123 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həftə ərzində ölkənin avtomobil yollarında 24 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 151 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh