3 qadın təyyarəni bir-birinə qatdı - VİDEO

Avtosfer TV 16 Aprel 2018 17:57 Oxunub 1738
3 qadın təyyarəni bir-birinə qatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadınlar İspaniya polisinə təslim edilib

İngiltərədən İspaniyaya yola düşən təyyarədə 3 qadın arasında başlayan dava hər kəsi bir-birinə qatıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londondan İspaniyanın Tenerife şəhərinə gedən "easyjet" təyyarəsində üç qadın sərnişin kəskin söyüşlərlə bir-birini təhqir edib. Bir-birinin saçından yapışıb əlbəyaxa dava edən qadınlar sərnişinləri də narahat edib.

Məlum olub ki, həmin qadınlar gecə klublarında rəqqasə kimi çalışırlar. Sakit şəkildə təyyarəyə minən qadınlar alkoqolun təsirindən bir anda çılğınlıq etməyə başlayıblar.

Mübahisəni dayandırmağa çalışan təyyarə işçilərini də təhqir edən qadınların görüntüləri sosial şəbəkələrə yüklənib.

Təyyarə İspaniyanın Tenerifeye şəhərinə endikdən sonra qadınlar İspaniya polisinə təslim edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh