Son 3 ayda 381 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Gündəm 16 Aprel 2018 16:32 173 dəfə oxunub
Son 3 ayda 381 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir

Azərbaycanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin ötən 3 ayı ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 381 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 49 kiloqram heroin, 74 kiloqram tiryək, 249 kiloqram marixuana, 7,3 kiloqram həşiş və 2,3 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh