"Porsche" “Shacman"a çırpıldı: xəsarət alan var - FOTO

Avtosfer Foto 17 Aprel 2018 10:02 Oxunub 1823
"Porsche" “Shacman"a çırpıldı: xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır

Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Ziya Bünyadov prospektində qeydə alınmış avtoqəza zamanı "Porsche" markalı minik maşını ilə “Shacman" markalı yük maşını toqquşub. Məlumata görə, avtomobillərin hər ikisi metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edirmiş. Ehtimal olunur ki, "Porsche"nin sürücüsü avtomobili yüksək sürətlə idarə edirmiş. Eyni zamanda, yük maşınının arxa hissəsində də xəbərdaredici nişanlar olmadığı üçün qaranlıq yolda görünməsi çətinləşib. Sonda qəza qaçılmaz olub. Yol qəzası nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. O, ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh