Aeroportda qida əlavəsinin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb - FOTO

Gündəm 17 Aprel 2018 13:21 Oxunub 812
Aeroportda qida əlavəsinin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, bu fakt Urumçi-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18.322 ədəd qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh