Biləsuvarda velosiped sürən 13 yaşlı uşağı maşın vurdu
Qəzalar 17 Aprel 2018 13:23 221 dəfə oxunub
Biləsuvarda velosiped sürən 13 yaşlı uşağı maşın vurdu
Araşdırma aparılır

Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, aprelin 16-da saat 16 radələrində Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində qəsəbə sakini Bəkir Quliyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən 3 saylı qəsəbə sakini - 13 yaşlı Xəzər Eyvazovu vurub. Nəticədə azyaşlı hadisə yerində ölüb.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh