“Nümunəvi sürücülərin tanıdılması tədqirəlayiqdir” - Ərşad Hüseynov

Yazarlar 17 Aprel 2018 13:33 Oxunub 1896
“Nümunəvi sürücülərin tanıdılması tədqirəlayiqdir” - Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Xaliq Faiqoğli”MMC-nin sürücülərlə bağlı məlum addımı alqışlanmalıdır”

Ölkəmizin ən böyük özəl sərnişindaşıma şirkəti olan “Xaliq Faiqoğlu” MMC bu günlərdə sosial şəbəkədə maraqlı layihəyə - “Bizim nümunəvi sürücü” rublikasına start verib. Məqsəd təcrübəli sürücüllərin ictimaiyyətə daha yaxından tanıdılmasına nail olmaqdır. Son vaxtlar sürücü-sərnşin konfiliktlərinin artdığı, ictimai nəqliyyatda aqressiv davranış və hərkətlərin çoxaldığı bir zamanda nümunəvi sürücülərin təbliği, onların sərnişinlərə daha yaxından tanıdılması sürücü-sərnişin münasibətlərini yumşalda, bu münasibətləri daha xoş, daha arzuedilən məcraya yönəldə bilərmi?

Moderator.az-a açıqlama verən nəqliyyat məsələləri üzər ekspert Ərşad Hüseynov bu və bu kimi addımların təqdirəlayiq olduğunu vurğuladı: “Təbii ki, bu istiqamətdə görülən hər bir iş alqışa layiqdir. Təəssüflər olsun ki, cəmiyyətimizdə bəzən adi insani münasibətlərdə belə arzuediləməz kənaraçıxmalar olur. Aqressiv davranışlara rast gəlirik. Insanların bir-birinə xoş münasibətinə elə də rast gəlinmir. Əksinə, neqativ münasibətlər müşahidə edilir. Bəzən etiketden az da olsa kənara çıxma halları dava-dalaşa səbəb olur. Hətta bu, cinayət xarakterli əməllərə gətirib çıxardır. Bu səbəbdən nümunəvi sürücülərin tanıdılması, həvəsləndirici tədbirlər, maddi-mənəvi  həvəsləndirmələr olduqca əhəmiyyətlidir. Hətta kiminsə adını çəkib onun ünvanına bir neçə xoş söz deməyin özü də faydalıdır. Bu kimi addımları alqışlamaq lazımdır. Unutmayaq ki, sərnişin-sürücü, sərnişin-sərnişin, yaxud sürücü-sürücü münasibətlərinin təməlində bir-birinə xoş olmayan yanaşmalar dayanır. Bu kimi tədbirlər isə insanları bir-birinə daha diqqət və ehtiramla yanaşmağa sövq edir. Bu baxımdan, məlum addımların əhəmiyyəti danılmazdır”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh