Bakıda tıxacın qarşısını almaq üçün gölün üstündən yol çəkilir – VİDEO
Yeniliklər 17 Aprel 2018 14:46 1760 dəfə oxunub
Bakıda tıxacın qarşısını almaq üçün gölün üstündən yol çəkilir – VİDEO
Böyük Şor gölünün üzərindən çəkilən yol bu il istifadəyə veriləcək

Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına səbəb olacaq yeni yol infrastrukturu layihələrin işlənilməsidir. Bu çərçivədə ötən il bir-neçə layihə icra olunaraq vətəndaşların istifadəsinə verilib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu il də bir-neçə bu cür layihənin reallaşdırılması planlaşdırılır. Bunlardan biri Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun inşasıdır ki, artıq sözügedən istiqamət üzrə tikinti işlərinə start verilib. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir. Belə ki, 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23.5 metr enində yol yatağının tikintisi işləri aparılır. Layihə çərçivəsində yeni yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edəcək. İstiqamətləri ayırmaq məqsədi ilə yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 metr olacaq.

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellərin inşası da planlaşdırılır. Tunellərin uzunluqları açıq və qapalı hissə nəzərə alınmaqla müvafiq olaraq 416 və 206 metr təşkil edəcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm XIrdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənir.

 

Namiq

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh