Temperatur 32 dərəcəyə çatacaq

Gündəm 8 May 2014 13:53 Oxunub 1540
Temperatur 32 dərəcəyə çatacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında mayın 9-da hava şəraitinin  dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 11-15, gündüz 22-27 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi,  lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimali var. Səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 27-32, dağlarda gecə  5-10, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh