Bir ayda 59 ədəd minik avtomobili istehsal edildi - AZƏRBAYCANDA
Avtoxəbər 17 Aprel 2018 15:33 355 dəfə oxunub
Bir ayda 59 ədəd minik avtomobili istehsal edildi - AZƏRBAYCANDA
Həmin avtomobillər mart ayında istehsal olunub

Azərbaycanda yenidən minik avtomobili istehsalı bərpa edilib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda 59 ədəd minik avtomobili istehsal edilmişdir. Xəbər verdiyimiz kimi, 2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda Mart ayında montaj bərpa edilib. Həmçinin Martda Neftçala Avtomobil Zavodu işə düşüb. 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Beləliklə, avtomobillər mart ayında istehsal edilib.

2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib. Bu avtomobillər ötən ilin iyul ayınadək istehsal olunmuşdu.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh