Şirvanda piyadanı vuran avtomobil yoldan çıxaraq gölə düşüb
Qəzalar 17 Aprel 2018 15:42 216 dəfə oxunub
Şirvanda piyadanı vuran avtomobil yoldan çıxaraq gölə düşüb
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır

Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin qərb girişində qeydə alınıb. Şirvan sakini, 1993-cü il təvəllüdlü Elvin İsgəndərovun idarə etdiyi “Mercedes” markalı, 10 RU 830 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Alxanov Fikrət Əflan oğlunu vurub. Bundan sonra avtomobil yoldan çıxararaq gölə düşüb.

Piyada və avtomobildə olan sərnişin, sürücünün qardaşı-1989-cu il təvəllüdlü Sakit İsgəndərov xəsarət alaraq Şirvan Mərkəzi şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh