Azərbaycanda yüklərin 59, sərnişinlərin isə 87 faizi avtomobil nəqliyyatı ilə daşınır

Gündəm 17 Aprel 2018 16:09 Oxunub 840
Azərbaycanda yüklərin 59, sərnişinlərin isə 87 faizi avtomobil nəqliyyatı ilə daşınır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-mart ayları ərzində

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 49,8 mln. ton yük daşıyıb. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur. Məlumata görə, yüklərin 4,3%-i dəniz, 6,4%-i dəmir yolu, 0,1%-i hava, 59,2%-i avtomobil nəqliyyatı, 30,0%-i isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,5% artıbş, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79% təşkil edib.

3 ay ərzində nəqliyyatçılar 454,9 mln. nəfərə və yaxud 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,5% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,4%-i avtomobil nəqliyyatı, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh