Şabranda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Qəzalar 17 Aprel 2018 16:18 235 dəfə oxunub
Şabranda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Faktla bağlı araşdırmalar aparılır

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Cahangirov Asim Məmməd oğlunu vuraraq hadisə yerindən qaçan sürücünün “Merdeses” markalı maşının sürücüsünün Bəşir Mühtümov olduğu müəyyənləşib. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh