Benzin istehsalı cüzi artıb
Gündəm 17 Aprel 2018 16:19 163 dəfə oxunub
Benzin istehsalı cüzi artıb
Bu ilin yanvar-mart ayları ərzində

 

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri 712,8 mln. manat təşkil edib.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6% azalıb.

Hesabat dövründə ölkədə 307,6 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur. Bu ilin aprelin 1-nə ölkədə 83,7 min ton avtomobil benzini ehtiyatı qalıb.

Birinci rübdə dizel yanacağı, sürtkü yağları, neft bitumu və neft koksunun istehsalında artım qeydə alınıb. Belə ki, dizel yanacağının istehsalı illik müqayisədə 6,4% artaraq 477,8 min ton, sürtkü yağları 40,5% artaraq 5,2 min ton, neft bitumu 3,4 dəfə artaraq 58,8 min ton, neft koksu 53,3% artaraq 63,6 min ton təşkil edib.

Birinci rübdə 57,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 140,5 min ton ağ neft istehsal olunub.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 10,6% artıb, ağ neftin istehsalı 5,5% azalıb.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh