Polis veteranlarinin iştirakı ilə...
Avtoxəbər 17 Aprel 2018 16:26 248 dəfə oxunub
Polis veteranlarinin iştirakı ilə...
1200-dən artıq görüş keçirilib, 771 cinayət açılıb

İctimai asayişin mühafizəsi, cinayətkarlığın profilaktikası, cinayət hadisələrinin qarşısının alınması və açılmasında ərazi polis orqanlarının veteranlar şuralarının üzvləri öz layiqli töhfələrini verirlər. Gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi sahəsində ağsaqqal həmkarların rolu danılmazdır.

Daxili İşlər Nazirliyinin Veteranlar Şurası 2018-ci ilin birinci rübündə də bir sıra səmərəli tədbirlər həyata keçirib. Veteranlar vaxtaşırı görülən işlər barədə hesabat verirlər. Belə ki, gənc nəslin təlim-tərbiyəsində, milli ruhda formalaşmasında fəal iştirak edən polis veteranları cari ilin 3 ayında respublika üzrə təhsil müəssisələrində, həmçinin əhali ilə 1200-dən artıq görüş keçiriblər.

Yerli polis şöbələrinin rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə keçirilən belə görüşlərdə yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah hallarının qarşısının alınması məqsədilə hüquqi mövzularda maarifləndirmə işləri aparılıb, dəyərli tövsiyələr verilib.

Polis veteranlarının köməyi ilə neçə-neçə cinayət törətmiş şəxs tutularaq istintaqa verilib, baş verə biləcək hüqüqazidd əməllərin qarşısı alınıb. Belə ki, 2018-ci ilin 3 ayı ərzində polis veteranları 771 cinayətin açılmasında iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Veteranlar Şurası qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərini davam etdirir və veteranlar onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onların səmərəli fəaliyyəti öz layiqli qiymətini alır. 

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad
E-mail
Şərh