Qəzadan yayınmaq istədi...

Qaydalar 17 Aprel 2018 16:28 Oxunub 2187
Qəzadan yayınmaq istədi...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib

Aprelin 17 –də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Mercedes Benz” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü – Bəşir Mühtümov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh