Bu küçələr nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı olacaq

Gündəm 17 Aprel 2018 19:37 Oxunub 844
Bu küçələr nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axşam saat 23:00-dan səhər saat 06:00-a kimi

17.04.2018. “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, 18.04.2018 tarixində Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, 22.04.2018 tarixində isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. 

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsi yayıb. Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

 

Emin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh