Dövlət idarəsində qumbara tapıldı - VİDEO

Gündəm 17 Aprel 2018 20:32 Oxunub 1275
Dövlət idarəsində qumbara tapıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə mobil çevik əməliyyat qrupu göndərilib

Goranboy rayonu, Tapqaraqoyunlu kənd icra nümayəndəliyinin inzibati binasında əl qumbarası aşkarlanıb. Avtosfer.az  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün saat 10:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Avtosfer.az 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh