17 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Gündəm 17 Aprel 2018 21:33 Oxunub 911
17 marşrutun hərəkət sxemi dəyişdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
125 nömrəli marşrut xəttinin fəaliyyəti isə dayandırılacaq

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124)  avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

 

“Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq”, - deyə deyə M.Ağayev əlavə edib.

 Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh