“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlandı - VİDEO

Gündəm 17 Aprel 2018 22:18 Oxunub 2092
“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Loqo üçrəngli bayrağımız və 100 rəqəmi formasında əks olunub

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi əlaqədar loqo hazırlanıb. Avtosfer.az  xəbər verir ki, loqonun hazırlanmasında əsasən minimalizmə və sadə olmasına üstünlük verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlanıb.

Tariximizə qızıl hərflərə yazılan Cümhuriyyət ilinin loqosu üçrəngli bayrağımız və 100 rəqəmi formasında əks olunub.

Loqotipin üzərində qırmızı ayparada Azərbaycan Cümhuriyyətinin yaranma tarixi 1918-ci il, yaşılda isə Cümhüriyyətin yubileyiynin qeyd olunacağı 2018-ci il əks olunub.

Loqotip Azərbaycan Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.

 

 

Avtosfer.az

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh