Bu gün və sabah Azərbaycanda toz dumanı gözlənilir

Gündəm 18 Aprel 2018 13:15 Oxunub 686
Bu gün və sabah Azərbaycanda toz dumanı gözlənilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır

Ölkə ərazisində qısmüddətli toz dumanı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Avtosfer.az-a verilən məlumata görə, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb aprelin 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh