Müəllim məktəbin süpürgəçisini zorlayıb - Cəlilabadda

Gündəm 18 Aprel 2018 13:18 Oxunub 819
Müəllim məktəbin süpürgəçisini zorlayıb - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis şöbəsində araşdırmalara başlanılıb

Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb. "Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib. Belə ki, həmin məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmzlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsi ilə videoqeydiyyata alıb.  Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb. Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh