Bakıda sürücünü qanunla susduran yol polisi mükafatlandırıldı - VİDEO

Yol polisi 18 Aprel 2018 14:57 Oxunub 4106
Bakıda sürücünü qanunla susduran yol polisi mükafatlandırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona DYP rəhbərliyi tərəfindən “təşəkkür” elan edilib və mükafatlandırılıb

Bakıda qayda pozan sürücü ilə yol polisi arasında olan dialoq sosial şəbəkələrdə yayılmışdı. Sürücünün polisi ifşa etmək istədiyi bu video Avtosfer.az saytında da yayılıb. Sürücü ilə YPX əməkdaşı arasında olan bu dialoqda YPX əməkdaşı Mirzəliyev Xəqani Müqabil oğlu nəzakətli və etik davranışı, o cümlədən qanunu səlis bilməsi cəmiyyət arasında müsbət fikir formalaşdırıb. Yol hərəkətinin təhlükəsizliyi ilə məşğul olan on nəfər gənc fəal polisin bu cür nümunəvi əməlini qiymətləndirərək  daxili işlər naziri cənab Ramil Usubova təşəkkür məktubu göndərib. Göndərilən məktublara cavab olaraq bildiriblər ki, Mirzəliyev Xəqani Müqabil oğlu göstərdiyi nümunəvi xidmətə görə rəhbərlik tərəfindən “təşəkkür” elan edilib və mükafatlandırılıb.

Avtosfer.az adından Bakı Şəhər DYP İdarəsinin YPX Alayınınəməkdaşı olan Mirzəliyev Xəqani Müqabil oğluna göstərdiyi nümunəvi xidmətə görə təşəkkür edirik.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh