Turistik avtobuslarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Gündəm 18 Aprel 2018 16:14 Oxunub 806
Turistik avtobuslarının fəaliyyəti müvəqqəti dayandırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aprelin 23-dən mayın 1-nə qədər

Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm İnformasiya Mərkəzi aprelin 23-dən mayın 1-nə qədər Formula 1 yarışlarının keçirildiyi müddət ərzində əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq, “Baku City Tour” turistik avtobuslarının fəaliyyətini müvəqqəti dayandıracaq. Avtosfer.az Nazirliyə istinadən xəbər verir ki, eynı zamanda "Sprinter" turistik mikroavtobusları ilə Bakı şəhərinin sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”na ekskursiyalar təşkil ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh