Məktəb yoldaşını bıçaqlayan şagirdə hökm oxunub

Gündəm 18 Aprel 2018 16:29 Oxunub 796
Məktəb yoldaşını bıçaqlayan şagirdə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samir Fətullazadə barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 9-cu sinif şagirdi Samir Fətullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Fətullazadə barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, S. Fətullazadə Bakıda yerləşən 282 saylı orta məktəbin 9-cu sinif şagirdidir. O, aralarında yaranan münaqişə zəminində məktəb yoldaşı Rahib Babayevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh