Poti limanından yüklərin böyük həcmi Azərbaycana nəql olunub

Gündəm 18 Aprel 2018 16:51 Oxunub 865
Poti limanından yüklərin böyük həcmi Azərbaycana nəql olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qonşu ölkənin ən böyük limanında yükdaşımalar üzrə bütün xidmətlər həyata keçirilir

Bu ilin birinci rübündə Gürcüstanın Poti dəniz limanından ən çox yük Azərbaycana nəql olunub. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hesabat dövründə Poti limanında yüklərin 37,1%-ni idxal, 20,15%-ni ixrac, 40,8%-ni isə tranzit istiqamətli yüklər təşkil edib. Limanda emal olunmuş yüklərin 25%-i Azərbaycan, 19%-i Ermənistan, 14%-i Mərkəzi Asiya ölkələrinə nəql olunub. Cari ilin yanvar-mart aylarında Gürcüstanın Poti limanından konteyner daşınmalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,1% artıb. Limanda 82 039 TEU konteyneri emal olunub ki, onların da 13,1%-ni Gürcüstana idxal olunmuş əsasən ət, meyvə və şirniyyat məhsullarının olduğu soyuducu konteynerlər təşkil edib. Cari ildə Poti limanında əməliyyatların dayandırıldığı günlərin sayı illik müqayisədə 53%  azalıb. Qeyd edək ki, Poti dəniz limanı Gürcüstan iqtisadiyyatının inkişafında strateji mövqe tutur. Qonşu ölkənin ən böyük limanında yükdaşımalar üzrə bütün xidmətlər həyata keçirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh