Bir Agentlik yolda səhv etdi, digər Agentlik düzəltdi - FOTO

Avtoxəbər 18 Aprel 2018 17:21 Oxunub 1831
Bir Agentlik yolda səhv etdi, digər Agentlik düzəltdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi oradan yenə də sola və geriyə dönmək olar

Bir neçə gün əvvəl sürücülər metronun “Nəriman Nərimanov” stansiyası yanında Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsinə birləşdiyi yerdə təmirdən sonra hərəkətin yenidən təşkili zamanı əvvəlki sxemin dəyişdirildiyini bildirmişdilər. Doğrudan da, oraya baxış keçirilən zaman məlum olub ki, Ə.Rəcəbli küçəsində yolayrıcı qarşısına çəkilən 1.18 nişanlanması (oxlar) vasitəsilə yalnız düzünə və sağa hərəkətə icazə verilib. Belə çıxırdı ki, orada geriyə və sola (Ağa Nemətulla küçəsi tərəfə) dönmək olmaz. Hüquqşünas Ərşad Hüseynovun Avtosfer.az-a verdiyi məlumata görə, məsələyə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları dərhal reaksiya verib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə dünən oradakı qüsur aradan qaldırılıb. İndi oradan yenə də sola və geriyə dönmək olar.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh