Süpürgəçini zorlayıb videoya çəkdilər - RƏSMİ

Gündəm 18 Aprel 2018 20:24 Oxunub 1285
Süpürgəçini zorlayıb videoya çəkdilər - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən Qadir İsayev həbs edilib

 

Cəlilabad rayon prokurorluğu rayonda baş verən seksual xarakterli zorakılıq hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad rayonu, Muğan kənd sakini Rəna Cəfərovanın (ad, soyad şərtidir) həmkəndlisi Qadir İsayev (ad, soyad şərtidir) tərəfindən bir il əvvəl zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması, eləcə də sonuncunun həmin hərəkətləri mobil telefonla çəkərək yayması faktına görə Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

R.Cəfərova iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Q.İsayev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Avtosfer.az

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh