Helikopter qəza enişi etdi

Avtoxəbər 18 Aprel 2018 20:43 Oxunub 1112
Helikopter qəza enişi etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Helikopter ABŞ hərbi-hava qüvvələrinə məxsus olub

ABŞ hərbi-hava qüvvələrinə məxsus helikopter qəza enişi edib.

Avosfer.az  xəbər verir ki, hadisə Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında qeydə alınıb. Hərbi UH-1 helikopterinin Maşiki şəhərindəki aeroporta saat 13:20 radələrində endiyi bildirilir. Helikopter Okinava prefekturasında yerləşən ABŞ dəniz piyadalarına məxsus Futemma hərbi bazasında qeydiyyatdadır.

Yaponiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, aeroporta iki hərbi helikopter enib. Helikopterlərin enişi zamanı heç bir hadisə baş verməyib.

Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində mülki təyyarələrin uçuşu və enişi zamanı heç bir problem yaranmayıb.

Helikopterin mühərrikinin soyutma sistemində yaranmış nasazlığa görə eniş etdiyi bildirilir. Enişdən sonra UH-1 helikopteri özünümüdafiə qüvvələrinin yaxınlıqdakı düşərgəsinə daşınıb və mühərrikdə müvafiq yoxlama aparılıb.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh