Azərbaycan ordusu dünyanın ən güclüləri arasında - VİDEO

Gündəm 18 Aprel 2018 23:28 Oxunub 1161
Azərbaycan ordusu dünyanın ən güclüləri arasında - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan dünyanın ən güclü orduları sırasında 5 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində yüksəlib. Dünyanın ən məşhur təşkilatının hesabatında Azərbaycan ordusunun sayı, habeləsilahlı qüvvələrin sərəncamında olan texnika haqqında məlumat verilib .

Azərbaycan dünyanın ən güclü orduları sırasında 5 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb.

Avtosfer.az  xəbər verir ki, bu barədə "Global Firepoəer" təşkilatının hesabatında qeyd edilib. Hesabatda deyilir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var. Hərbi ekspertlər Azərbaycan ordusunda dünyanın ən müasir silahlarından istifadə edildiyini bildirir.

Hesabatda bildirilir ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər..

Bu reytinq cədvəlində Ermənistan isə 84-cü pillədə qərarlaşıb. İlk üçlüydə isə ABŞ, Rusiya və Çin yer alıb.

Qeyd edək ki, "Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

 

Avtosfer.az  

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh