Ziya Məmmədovun nazirliyinin vergi fırıldağı - FOTO

Xəbərlər 9 Yanvar 2015 17:15 Oxunub 2135
Ziya Məmmədovun nazirliyinin vergi fırıldağı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənəddə 2 manat 50 qəpik yazıb sürücülərdən 70 manat alırlar

«Nəqliyyat  Nazirliyi yük götürmə qabiliyyəti 1500 kq olan  yük maşınlarına verilən lizenziyanı biz sürücülərə baha qiymətə satır». Bunu Avropa.info-ya  göndərdiyi müraciətdə sürücü Teymur Kərimov yazıb. Sürücü bildirir ki, yükgötürmə qabillyyəti 1500 kq olan yük maşınlarına lisenziya 2 manat 50 qəpik olduğu halda, ondan  hər il buna görə rüşvət alırlar. "Lisenziya sənədində əsl vergi 2 manat 50 qəpik göstərilir. Yəni mənə verilən lisenziyada yazılıb ki, vergitutma məbləği  2manat 50 qəpikdir. Lakin həmin göstərilən lisenziyanı mənə 2013-cü ildə 50 AZN-ə, 2014-cü ildə 60 manata və bu il, yəni 2015-ci ildən isə daha 10 ianat qaldıraraq 70 AZN-ə satıblar. Belə görünür ki, hər il 10 AZN qalxır, ancaq sənəddə göstərilən vergi 2 manat 50 qəpik şəklində qalır. Nəzərə alsaq ki, mən tək deyiləm, minlərlə mənim kimi sürücü var, bu qədər artıq vəsaitin kimə və kimlərə, hansı büdcəyə getməsi maraq doğurur. Sizdən xahiş edirəm ki, bunu yazasınız artıq  boğaza yiğılmışıq. Belə görünür ki, bu rüşvət Nəqliuyyat Nazirliyindəkilərin cibinə axır».

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh